170 ölkənin sakinləri Argentinanın DÇ-2026-dan kənarlaşdırılmasını tələb edib
Far.Az xəbər saytı

170 ölkənin sakinləri Argentinanın DÇ-2026-dan kənarlaşdırılmasını tələb edib


Argentinanın futbol üzrə milli komandasının DÇ-2026-dan kənarlaşdırılması tələbi ilə qaldırılan petisiya 23 milyon 316 min 108 imza toplayaraq "Ginnesin Rekordlar Kitabı"na düşməyə yaxın olub.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, müraciətin rekord müəyyənləşdirməsinə 1 milyondan bir qədər çox imza çatmayıb.

Petisiyanı 1 həftədən az müddətdə 170 ölkənin sakinləri imzalayıb. İspaniyanın Argentinaya qalib gəldiyi (1:0) DÇ-2026-nın finalından sonra müraciət bağlanıb. Müraciətin müəllifləri FIFA və hakimləri hücumçu Lionel Messi ilə Argentina yığmasının xeyrinə qərəzli olmaqda ittiham ediblər.

Qeyd edək ki, bu baxımdan ən yaxşı göstərici "Jubilee 2000" hərəkatına məxsusdur: 1997-ci ildə ən kasıb ölkələrin borclarının silinməsi üçün təşkil olunan petisiyanı 24 milyon 319 min 181 nəfər imzalayıb.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər