Sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib
Naxçıvan şəhərində – İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə yeniyetmələr arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışa şəhər və rayonlardan ümumilikdə 75 idmançı qatılıb.
2008-2010-cu il təvəllüdlüləri əhatə edən birincilikdə iştirakçılar 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Nəticələrə gəlincə, Ələkbər Əsgərov, Seymur Həsənov, Əlican Nəcəfov, Polad Əhmədov, Hüseyn Rəcəbli, Tayson Xudadanov, Şulan Bayramov, Həsən Oktyabrski, Əli Oktyabrski və Əli Mirzəli müvafiq çəki dərəcələri üzrə birinci olublar.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib. İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.
Yarış böyüməkdə olan gənc nəsli idmana təşviq etməklə zərərli vərdişlərdən yayındırmaq, muxtar respublikada güləş idman növünün inkişafına töhfə vermək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək məqsədlərinə xidmət edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Naxçıvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş cüdo yarışı keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Naxçıvanda muxtar respublika çempionatı və birinciliyi keçirilib
Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region açıq birinciliyi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













