Dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışı başa çatıb
Far.Az xəbər saytı

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışı başa çatıb


Dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub.

"Far.Az"un məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə kişilər və qadınlar arasında keçirilən, iki gün davam edən turnirdə 23 dövlət qurumundan 43 əməkdaş iştirak edib.

Qadınlar arasında Türkan İbadova ("İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. İlahə Hacıyeva və Fatimə Quliyeva (hər ikisi SOCAR) müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.

Kişilər arasında Elnur Quliyev (İqtisadiyyat Nazirliyi) birinci olub. Fətəli Səfərov (Nazirlər Kabineti) yarışı ikinci, Toğrul Mahmudov (SOCAR) isə üçüncü pillədə başa vurublar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qala Qoruğu “Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası”na üzv seçilib
Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib
Azərbaycanın dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər