Azərbaycan qurudulmuş meyvə ixracını 38 %-ə yaxın artırıb
Far.Az xəbər saytı

Azərbaycan qurudulmuş meyvə ixracını 38 %-ə yaxın artırıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1597 ton qurudulmuş meyvə ixrac edib.

“Far.Az” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 % çoxdur.

11 ay ərzində qurudulmuş meyvə ixracının ümumi dəyəri 5 milyon 137,2 min ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 17 % artım deməkdir.

Məlumatda qeyd edilib ki, xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixrac strukturunda qurudulmuş meyvə ixracının xüsusi çəkisi artmaqdadır.

Oxşar xəbərlər

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb
Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycan alma, armud və heyva ixracını 4 %-dən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər