AMB "Güvənli” lombard şirkətini inzibati məsuliyyətə cəlb edib
Far.Az xəbər saytı

AMB "Güvənli” lombard şirkətini inzibati məsuliyyətə cəlb edib


Azərbaycan Mərkəzi Bankı (AMB) lombard fəaliyyəti ilə məşğul olan "Güvənli” MMC-ni, eləcə də onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə "Güvənli” MMC 20 min manat, onun vəzifəli şəxsi isə 2 min manat cərimələnib.

Oxşar xəbərlər

AMB "Prior Leasing" və "Kredit Evi"ni inzibati məsuliyyətə cəlb edib
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər