“Sumqayıt” azarkeşlərinə görə ziyana düşüb
Far.Az xəbər saytı

“Sumqayıt” azarkeşlərinə görə ziyana düşüb


“Sumqayıt” azarkeşlərinə görə ziyana düşüb.

“Report” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Sumqayıt”ın cərimələnməsinə Misli Premyer Liqasında XVI turunda “Neftçi” ilə ev görüşü zamanı azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi və bu halın cari mövsümdə ikinci dəfə yaşanması səbəb olub. Nəticədə klub 500 manat ziyana düşüb. Meydan sahibləri həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.

İntizam Komitəsi “Kəpəz” klubunu da cərimələyib. Buna XVI turda “Zirə” ilə baş tutan matçöncəsi iclasda təhlükəsizlik nümayəndəsinin iştirak etməməsi səbəb olub. Gəncə təmsilçisi 800 manat cərimələnib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Premyer Liqasında çıxış edən beş klub cərimələnib
AFFA Samir Abasova xəbərdarlıq edib
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər