Bu gün Bakı və Şəkinin bəzi hissələrində qaz olmayacaq
Far.Az xəbər saytı

Bu gün Bakı və Şəkinin bəzi hissələrində qaz olmayacaq


Bu gün “Digah-Bilgəh” orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Far.Az” xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə bu gün saat 09:30-dan etibarən işlər başa çatanadək “Şəki” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin, Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bakının Xəzər rayonu və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakının iki rayonunda qaz olmayacaq
Sabah dörd rayonda qazın verilişində məhdudiyyətlər olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər