Güclü külək Oğuzda bir sıra fəsadlar törədib
Far.Az xəbər saytı

Güclü külək Oğuzda bir sıra fəsadlar törədib


Güclü külək Oğuz rayonunda bir sıra fəsadlar törədib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarından etibarən Oğuz rayonunda güclü küləkli hava müşahidə olunur.

Belə ki, güclü külək nəticəsində iri gövdəli ağaclar Oğuz-Bayan avtomobil yoluna aşıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Bundan başqa, külək nəticəsində elektrik naqilləri və internet xətləri qırılıb. Hazırda rayonun bir hissəsində elektrik enerjisinin və internetin verilişində fasilələr yaranıb.

Səhər saatlarından etibarən aidiyyəti qrumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
İsmayıllıda güclü külək fəsadlar törədib, onlarla ailə işıqsız qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər