Agentlik: Daşaltıda Turizm İnformasiya Mərkəzi yaradılacaq
Far.Az xəbər saytı

Agentlik: Daşaltıda Turizm İnformasiya Mərkəzi yaradılacaq


Daşaltıda Turizm İnformasiya Mərkəzi yaradılacaq.

Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Daşaltıda turizm infrastrukturunun yaradılması işləri sürətlə davam edir və artıq layihənin 60 %-i tamamlanıb: "Daşaltıda Turizm İnformasiya Mərkəzinin yaradılması üzrə işlər gedir. Bu layihə turistlərin daha rahat məlumat əldə etməsini və bölgənin turizm potensialının daha geniş şəkildə tanıdılmasını təmin edəcək”.

K. Quluzadə qeyd edib ki, bu addımlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialını inkişaf etdirmək və bölgəyə yerli və xarici turistlərin axınını təmin etmək məqsədi daşıyır.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər