Ursula fon der Lyayen: Türkiyə regionda stabilliyin təmin edilməsi üçün vacib rola malikdir
Far.Az xəbər saytı

Ursula fon der Lyayen: Türkiyə regionda stabilliyin təmin edilməsi üçün vacib rola malikdir


Türkiyə regionda stabilliyin təmin edilməsi üçün vacib rola malikdir.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Aİ və Türkiyə birlikdə Suriya regionunda terror riskini birlikdə aradan qaldırmalıdır:

“Suriyada İŞİD riski realdır. Azlıqlar daxil olmaqla bütün suriyaların təhlükəsizliyini təmin etmək vacibdir. Suriyanın yenidən qurulmasına diqqət ayrılmalıdır”.

Avropa İttifaqı və Türkiyə münasibətlərinə gəldikdə isə Ursula fon der Lyayen vurğulayıb ki, bu münasibətlərimiz olduqca zəngindir, ancaq daha da inkişaf etdirilməlidir:

“İkinci dəfə Avropa Komissiyasının sədri seçildikdən sonra ilk səfər etdiyim ölkələrdən biri Türkiyədir. Bu gün nizim iqtisadi münasibətlərimiz həmişəkindən daha güclüdür. Aramızdakı ticarət ötən ilki 206 milyard avro ilə rekord həddə çatıb”.

Avropa Komissiyasının sədri əlavə edib ki, Avropa İttifaqı Türkiyənin ən böyük ticarət və investisiya partnyorudur:

“Bizim niyyətimiz bu münasibətləri daha da gücləndirməkdir. Biz indi Türkiyə ilə iqtisadiyyat üzrə yüksək səviyyəli dialoqa başlayacağıq”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər