İsrail Yəməndən raket hücumuna məruz qalıb: Təl-Əviv cavab atəşi açıb
İsrailin mərkəzi bölgələrində Yəməndən buraxılmış raketlərin hücumuna məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin bildirib.
“Yəməndəki buraxılışdan sonra ölkənin mərkəzindəki bir neçə bölgədə həyəcan təbili çalınıb”, – məlumatda qeyd olunub.
Ordunun mətbuat xidməti qeyd edib ki, raket sərhədi keçməzdən öncə . İsrailin nəşrinə görə, Ramat-Qan şəhərində raketlərin zərərsizləşdirilməsi zamanı qəlpələrin düşməsi nəticəsində bir neçə avtomobil və məktəb binasına ziyan dəyib, xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Hücumdan dərhal sonra husilərin təbliğat telekanalı olan İsrail HHQ-nin Sənanın ətrafına və Yəmənin Hodeyda əyalətinə bir neçə cavab hava zərbələri endirdiyini açıqlayıb. Zərbələrin hədəflərinin Yəmən paytaxtının cənub və şimalındakı mərkəzi elektrik stansiyaları və Hodeydadakı neft obyektləri olduğu qeyd edilib. Bu obyektlərdə böyük yanğınların baş verdiyi vurğulanıb.
Eyni zamanda, “Axios”un müxbiri amerikalı rəsmiyə istinadən bildirib ki, yəhudi dövləti İsrail ordusunun Yəmənə zərbələri barədə ABŞ-ni əvvəlcədən xəbərdar edib.
İsrail ordusu Yəməndəki husi hərbi obyektlərinə hava zərbələri endirdiyini təsdiqləyib. Zərbələrin ölkənin qərbindəki sahil zolağına və Yəmənin dərinliklərindəki obyektlərə yönəldiyi bildirilir.
“Zərbələr husi rejimini zəiflədir və onun infrastrukturdan hərbi və terror məqsədləri üçün, o cümlədən İran silahlarının regiona qaçaqmalçılığı üçün istifadə etməsinə imkan vermir”, – İsrail ordusunun mətbuat xidməti .
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













