"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Far.Az xəbər saytı

"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Head Property" və "Region Property" MMC-ləri dövlət qeydiyyatına alıb.

“Far.Az” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətlərin hüquqi ünvanları müvafiq olaraq Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27 və Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi, 4, nizamnamə kapitalları müvafiq olaraq 1,7 milyon manat və 600 min manat, qanuni təmsilçiləri isə İsa Bünyad oğlu İsayevdir.

O, həm də Cəlil Məmmədquluzadə küçəsi, 27 ünvanında fəaliyyət göstərən "E-Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktorudur. Bu, maliyyə qurumu bu ilin iyul ayında ləğv edilmiş "Naxçıvan Bank" ASC-nin bazasında yaradılıb, elə həmin ay da Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər