Qəzzada atəşkəslə bağlı danışıqlar gələn həftə keçiriləcək
Qəzza zolağında atəşkəsə dair Qahirədə başlamalı olan danışıqların növbəti raundu gələn həftəyə keçirilib.
“Far.Az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “The National” məlumat yayıb.
Bildirilib ki, bu qərar tərəflərin yeni təklifləri müzakirə etməyə vaxtlarının olması üçün verilib.
Məlumata görə, ABŞ, Misir və Qətər yenidən danışıqlarda vasitəçi kimi çıxış edəcək. İsrail nümayəndə heyətinin də dialoqa qoşulacağı gözlənilir.
“The National”ın mənbələrinə görə, HƏMAS-ın görüşdə fiziki olaraq iştirak etməsi ehtimalı azdır.
Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfər edib. O, İsrail və fələstinlilərin Qəzzada məskunlaşmanın ABŞ variantı ilə razılaşmasını təmin etməyə çalışıb. Lakin danışıqlarda irəliləyiş əldə olunmayıb.
Oxşar xəbərlər
KİV: Qəzzada atəşkəslə bağlı danışıqlar prosesi dayandırılıb
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bayden Netanyahuya HƏMAS ilə təcili razılaşmanın vacibliyini bildirib
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













