Sumqayıtda yeniyetməni bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
Sumqayıtda 15 yaşlı oğlanı bıçaqlayan həmyaşıdı saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Far.Az"un yerli bürosuna bildirib ki, dekabrın 22-də saat 22 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 15 yaşlı yeniyetmənin ayaq nahiyəsinə kəsici alətlə yüngül xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyaşıdı müəyyən olunub.
Hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.
Sumqayıtda 15 yaşlı yeniyetmə tanışı tərəfindən bıçaqlanıb.
“Far.Az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 42-ci məhəllə ərazisində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Qiyaslı Rəvan Kamil oğlu aralarında baş vermiş münaqişə zəminində tanışı, Kənan adlı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sumqayıtda yeniyetmə tanışı tərəfindən bıçaqlanıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













