BMTM: Azərbaycanın Aİ ilə münasibətləri Ermənistan-Azərbaycan mübahisələrinin girovuna çevrilib
Far.Az xəbər saytı

BMTM: Azərbaycanın Aİ ilə münasibətləri Ermənistan-Azərbaycan mübahisələrinin girovuna çevrilib


Yarandığı gündən etibarən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) öz fəaliyyəti, eləcə də maliyyə mənbələri ilə bağlı şəffaflıq və açıqlıq prinsiplərini qoruyub.

"Far.Az"un məlumatına görə, bu barədə Ermənistanın "Civilnet" internet resursunun "Azərbaycanın Fransaya qarşı "rəqəmsal müharibəsi” başlıqlı yazısına BMTM-in cavabında deyilib.

"İctimaiyyətə bəlli olan faktdır ki, Mərkəz 2019-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb və bu informasiya Mərkəzin rəsmi veb-səhifəsində yerləşdirilib. Yarandığı gündən etibarən, BMTM qarşılıqlı maraq doğuran məsələlər üzrə müxtəlif tərəfdaşlarla fəal şəkildə çalışmış və Mərkəz tərəfindən təşkil edilən tədbirlərdə Fransadan olan nümayəndələr də iştirak edib", - bəyanatda vurğulanıb.

Bildirilib ki, hazırkı Fransa administrasiyasının siyasəti səbəbilə Azərbaycan və Fransa arasındakı münasibətlər ciddi dərəcədə korlanıb. Nəticədə Azərbaycanın Fransa ilə, daha geniş mənada Avropa İttifaqı (Aİ) ilə münasibətləri Ermənistan-Azərbaycan mübahisələrinin girovuna çevrilib:

"Qeyd edilənlər fonunda biz rəsmi Parisin üzləşdiyi müəyyən beynəlxalq məsələlər, Fransanın dənizarxası əraziləri ilə münasibətlərində olan problemlər də daxil olmaqla xarici siyasətindəki yanlış addımlara və uğursuzluqlara görə Azərbaycanı ittiham etməsinin şahidi oluruq. Etnik təmizləmə və işğal siyasətinə baxmayaraq, Fransanın dəstəyindən faydalanan Ermənistan Azərbaycana təzyiq göstərmək məqsədilə bu ölkədən istifadə edir".

Bəyanatda o da diqqətə çatdırılıb ki, BMTM avropalı tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə sadiq qalıb və ardıcıl qaydada ortaq maraq doğuran məsələlərin birgə müzakirəsinə çalışıb:

"Bu səbəbdən dialoq və insan haqlarının müdafiəsi platforması olduğunu iddia edən "Civilnet" tərəfindən dərc edilən yazı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevə də ünvanlanmaq üzrə əsassız iddialar və şəxsi hücumlardan ibarətdir".

Qeyd edək ki, "Civilnet" resursunun materialında yazılıb ki, guya Fərid Şəfiyevin rəhbərlik etdiyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin bəyanatları və sosial media yazıları xüsusi olaraq Fransanı qaralamağa (qarayaxmaya) və “dekolonizasiya”nı təbliğ etməyə yönəlib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər