"Lənkəran"ın baş məşqçisi: "Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı"
Far.Az xəbər saytı

"Lənkəran"ın baş məşqçisi: "Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı"


Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı.

"Far.Az"un məlumatına görə, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Ordu"ya qarşı Azərbaycan Basketbol Liqasının IX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Gürcüstanlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:

"Komanda ilk periodda tapşırıqları düzgün yerinə yetirdi. Amma son dəqiqələrə qədər bu tempdə oynaya bilməyəcəyimizi hiss edirdim. Heyətdə itkilər var. 7-8 gün ərzində əlimizdə olan kiçik heyətlə ardıcıl görüşlər keçirdik. Fiziki olaraq çatdıra bilmirdik. Bu gün rəqibin heyətində 12 basketbolçu var idi. Kapitanımız Rəşid Abbasov da mental olaraq oyuna köklənə bilmədi. Belə gedişlə heçnə əldə edə bilməyəcəyik. Ümid edirəm ki, yanvarda heyətə yeni oyunçular cəlb olunacaq. 2 legioner basketbolçu transfer etmək istəyirik. Ümid edirəm ki, bütün zədəli oyunçularımız sıralara qayıdacaqlar. Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı".

Qeyd edək ki, "Ordu" - "Lənkəran" qarşılaşması birincilərin 99:51 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Milli karyerasını bitirən basketbolçu: "Azərbaycan yığmasının formasını geyindiyim üçün fəxr edirəm" - MÜSAHİBƏ
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
Samir Əliyev: “U-21-in baş məşqçi postundan ayrılmaqla bağlı qərarımı son iki oyundan əvvəl vermişdim” - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər