Naxçıvanda yeni tədris ili üçün dərsliklər sifariş olunub
Far.Az xəbər saytı

Naxçıvanda yeni tədris ili üçün dərsliklər sifariş olunub


Naxçıvan Muxtar Respulikasında yeni tədris ili üçün dərsliklər sifariş olunub.

"Far.Az"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində dərslik təlabatı əvvəlcədən müəyyənləşdirilərək sifariş verilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən iyulun 31-də 147 min 769 ədəd dərslik muxtar respublikaya gətirilib. Dərsliklər adları və siniflərinə müvafiq olaraq çeşidlənib.

Naxçıvanın Təhsil Nazirliyinin əməkdaşı Gültəkin Rüstəmli bildirib ki, hazırda dərsliklərin şəhər və rayon təhsil şöbələrinə paylanılması prosesi icra olunur. Proses yekunlaşdıqdan sonra isə təhsil şöbələri tabeliklərində olan təhsil müəssisələrinə kitablarını təhvil verərək şagirdlərin dərsliklərlə təminatını həyata keçirəcək.

Qeyd edək ki, bu il 2-ci siniflər üçün “Həyat bilgisi”, 5-ci siniflər üçün riyaziyyat, 5-9 siniflər üçün Azərbaycan dili, Azərbaycan tarixi, Ədəbiyyat, İnformatika, İngilis dili, Alman dili, Fransız dili, Rus dili və 9-cu siniflər üçün “Ümumi tarix” dərslikləri yenilənib. Yeni dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun hazırlanıb.

Oxşar xəbərlər

Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq
Naxçıvanda azərbaycanlı və türkiyəli şəhid ailələrinin üzvləri üçün “Yay düşərgəsi” keçirilir
Anadolu Liseyində Azərbaycan dili fənni ləğv edilib - AÇIQLAMA
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Pensiyaçı kimi qeydiyyatda olanların sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər