Birləşmiş Ərəb Əmirliklərində Yeni il atəşfəşanlığı dünya rekordu qırıb
Far.Az xəbər saytı

Birləşmiş Ərəb Əmirliklərində Yeni il atəşfəşanlığı dünya rekordu qırıb


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xaymə əmirliyindəki Yeni il atəşfəşanlığı dron şousu və atəşfəşanlığa görə iki yeni rekord qırıb.

“Report” xəbər verir ki, bu barədə əmirliyin Turizmin İnkişafı Departamentinin (RAKTDA) mətbuat xidməti məlumat yayıb.

"Builki Yeni il bayramı Ras əl-Xeymənin 2024-cü ildə turizm sahəsində əldə etdiyi mühüm nailiyyətlərin parlaq əksi oldu. Yeni il şousu zamanı müəyyən edilən iki rekord əmirliyimizin innovativ ruhunu və mədəni kimliyini əks etdirir", - RAKTDA-nın rəhbəri Raki Fillips bildirib.

"Our Story in the Sky" şousu əmirliyin tarixi və mədəniyyətinə həsr olunub. Sahil xəttinin dörd kilometrlik hissəsində 1,4 min dron, lazer və pirotexnika vasitəsilə üç hissəli təqdimat nümayiş etdirilib. Birinci akt əmirliyin ekosistemindən, ikinci akt dəniz irsi və mirvari hasilatından, üçüncü akt isə dənizçilik tarixindən bəhs edib. Şou atəşfəşanlıqla başa çatıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Səfir: Azərbaycan və BƏƏ-nin tərəfdaşlığı iqlim dəyişikliyi ilə mübarizədə mənalı həllər təqdim edə bilər - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər