“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Far.Az xəbər saytı

“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək


26 sentyabr 2024-cü il tarixində, saat 11.00-da "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“APA-Economics” xəbər verir ki, 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən bankın səhmdarlarına dividend ödənilməsi ilə bağlı məsələ müzakirə ediləcək.

Qeyd edək ki, səhmdarların növbədənkənar ümumi yığıncağı Bakı şəhəri. Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi 2E ünvanında yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.

Xatırladaq ki, “Kapital Bank” ASC 2023-cü ili 242 milyon 209 min manat xalis mənfəətlə başa vurub.

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Azərbaycan Dəmir Yollarının tibb müəssisələri Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyinə verilib
Sentyabr ayı üçün bürclərin PUL QOROSKOPU
Pensiyaçı kimi qeydiyyatda olanların sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər