Hacı Əliyev Azərbaycanda yeni yaradılan güləş klubunda "ustad dərsi" keçib
Far.Az xəbər saytı

Hacı Əliyev Azərbaycanda yeni yaradılan güləş klubunda "ustad dərsi" keçib


İkiqat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev Azərbaycanda yeni yaradılan güləş klubu “Azsport”da "ustad dərsi" keçib.

"Report" xəbər verir ki, Paris Olimpiadasından sonra karyerasını başa vuran H.Əliyev klubun üzvlərinə müxtəlif fəndlərin icrasını nümayiş etdirib və onlara öz tövsiyələrini verib.

Azərbaycan Güləş Federasiyasının (AGF) regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərovun da iştirak etdiyi tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 2022-ci ildə əsası qoyulmuş "Azsport" idman klubu ötən ildən AGF-nin maddi dəstəyi ilə fəaliyyətini bir qədər də genişləndirib.

Biləcəri qəsəbəsində yerləşən “Azsport”da sərbəst güləş üzrə ödənişsiz məşqlər keçirilir. Hazırda məşqçilər Orxan Kərimov, Azər İsayev və İbrahim Hadıyevin rəhbərliyi altında 70-ə yaxın yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
AGF rəsmiləri güləş zalının fəaliyyəti ilə tanış olublar
AGF rəsmiləri güləş məktəbinin fəaliyyəti ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər