Azərbaycan bu il də hindistanlı turistlərin diqqət mərkəzində olacaq
Bakı və Qəbələ şəhərləri 2025-ci ildə də hindistanlı turistlər üçün ən populyar istiqamətlər arasında yer alıb.
“Report” xəbər verir ki, onlayn bronlaşdırma platforması "Booking"in apardığı araşdırmalara görə, hindistanlı turistlərin 83 %-i daha sakit və unikal istiqamətlərdə səfərlər planlaşdırır.
Bu baxımdan dağlıq ərazidə yerləşən və təbiəti gözəl olan Qəbələ həm istirahət etmək istəyən, həm də macəra axtaran turistlər üçün ideal məkandır. Bakı isə qədim tarixə, zəngin mədəniyyətə və müasirliyə sahib olması ilə hindistanlı turistlərin diqqət mərkəzində olacaq.
Ümumilikdə bu şəhərlər turizm sahəsində mövqelərini daha da gücləndirərək, beynəlxalq səyyahlar üçün həm mədəni, həm də macəra dolu təcrübələr təqdim edir.
2024-cü ildə Azərbaycana 243 589 hindistanlı turist səfər edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













