42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə 259 nəfər ilk dəfə səs verəcək
Far.Az xəbər saytı

42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə 259 nəfər ilk dəfə səs verəcək


Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə 259 nəfər ilk dəfə səs verəcək.

Bu barədə “Report”un yerli bürosuna dairə seçki komissiyasının sədri Təravət Rəsulova məlumat verib.

O həmçinin qeyd edib ki, Sumqayıt birinci seçki dairəsi üzrə 48 011 nəfər seçici və 289 müşahidəçi qeydiyyata alınıb. 41 daimi məntəqə lazımi avadanlıq və inevntarlarla təmin olunub.

Bununla yanaşı, seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb.

Dairə üzrə 80-100 yaş arası seçicilərin sayı 726 nəfərdir.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər