Yevlaxda şirkət əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimə edilib
Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Yevlax rayon prokurorluğundan Far.Az-ya verilən məlumata görə, "AZFEN-NN Tikinti Təmir Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin internet xəttlərinin çəkilişi işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Emin Şirvanzadə
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“Aztelekom” MMC internet sürətinin zəifliyi və abunə şərtlərinin pozulması mövzusuna münasibət bildirib
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə bağlı təxirə salınıb
Pensiyaçı kimi qeydiyyatda olanların sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakı Marafonu 2026" başlayıb
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
İranın ABŞ-yə ötürdüyü 14 bəndlik təklifin bəzi detalları məlum olub
-
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
-
Tailandda helikopter qəzası olub, xəsarət alanlar var













