ABŞ Ali Məhkəməsi milli təhlükəsizlik təhdidi ilə əlaqədar "TikTok" qadağasını təsdiqləyib
Far.Az xəbər saytı

ABŞ Ali Məhkəməsi milli təhlükəsizlik təhdidi ilə əlaqədar "TikTok" qadağasını təsdiqləyib


ABŞ Ali Məhkəməsi "TikTok"un Çinin ana şirkəti "ByteDance"ə satılmasını və ya ölkədə tamamilə qadağan edilməsini tələb edən qanunu təsdiqləyib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, qərar milli təhlükəsizliklə bağlı narahatlıqlar və "TikTok"un Çin hökuməti ilə ehtimal olunan əlaqələri ilə bağlıdır.

Məhkəmə qanunun söz azadlığına zəmanət verən Birinci Düzəlişi pozmadığına qərar verib. Konqres Amerika istifadəçi verilənlərinin Çin iqtidarına mümkün ötürülməsinin qarşısını almaq üçün tədbirlər görməyi zəruri hesab edib. Yanvarım 19-dan "TikTok"u tətbiq mağazalarında endirmək mümkün olmayacaq.

Qadağaya dəstək verən qanunvericilər Çin Kommunist Partiyasının sözügedən sosial şəbəkəni manipulyasiya, nəzarət və təbliğat üçün istifadə oluna biləcəyini iddia edirlər. Ali Məhkəmə bu arqumentlərlə razılaşıb.

170 milyon amerikalının istifadə etdiyi "TikTok" qanunun ifadə azadlığını təhdid etdiyini bildirib. Şirkət xəbərdarlıq edib ki, satış müqaviləsi göstərilən müddətə çatmasa, ABŞ-dakı fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.

Qərar Demokratlar və Respublikaçılar arasında mübahisələrə səbəb olub. Hərçənd hər iki tərəf vətəndaşların məlumatlarının qorunmasını dəstəkləyir. Ağ ev açıqlayıb ki, "TikTok" yalnız amerikalı alıcıya satılarsa, fəaliyyətini davam etdirə bilər.

Ölkənin yeni seçilmiş prezidenti, Respublikaçıların lideri Donald Tramp “TikTok"u xilas edəcəyinə” söz verib. O bildirib ki, sövdələşmələr üzrə danışıqlardakı təcrübəsi "TikTok" ilə ABŞ səlahiyyətliləri arasında razılığa gəlməyə kömək edəcək.

Tramp yanvarın 20-də inauqurasiyadan sonra Ədliyyə Nazirliyinə bir gün əvvəl qüvvəyə minmiş qanunun tətbiq edilməməsi barədə göstəriş verə biləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər