Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Far.Az xəbər saytı

Professor Nizaməddin Şəmsizadə komaya düşüb


Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə komaya düşüb.

Bu barədə “Far.Az”a professorun qızı, jurnalist Ayfər Feyziyeva məlumat verib.

Onun sözlərinə görə, professor hazırda reanimasiyadadır.

“Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Həkimlər sepsis diaqnozu qoyublar”.

Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.

N.Şəmsizadə 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin, eləcə də ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir. O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə isə ölkə başçısının müvafiq Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər