Bakıda hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mart ayından etibarən hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək.
“Far.Az” KOBİA-ya istinadən xəbər verir ki, yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək olmaqdır.
“KOB bazar”da kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək. “KOB bazar” Binəqədi rayonu, Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində fəaliyyət göstərəcək.
“KOB bazar”da məhsullarını satmaq istəyən mikro və kiçik sahibkarlar 17 fevral 2025-ci tarixinədək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: (). Telefon: (+99412) 4040401, daxili 253.
“KOB bazar”da iştirak etmək istəyən mikro və kiçik sahibkarlar üçün ödəniş nəzərdə tutulmur.
Oxşar xəbərlər
Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Zaqatalada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycanda 60-a yaxın KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün RƏQİBLƏRİ
-
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
-
İlham Əliyevin "yaşıl enerji" və davamlı şəhər inkişafı təşəbbüsləri dünya miqyasında dəstək görür - RƏY
-
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir - RƏY
-
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub













