Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Masallıda keçiriləcək.
“Far.Az” KOBİA-ya istinadən xəbər verir ki, sentyabrın 13-15-də təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Masallı və ətraf bölgələrdən olan KOB subyektləri sentyabrın 9-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Masallı” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycanda 60-a yaxın KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib
Ağsu və Zərdabda növbəti toxum sərgi-satış yarmarkaları keçirilib
Azərbaycanın ən böyük gənclər festivalı "Yay Fest"in 6-cı həftəsi uğurla başa çatıb - FOTO
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
Şəki və Oğuzda toxum sərgi-satış yarmarkası, Aqrobiznes Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır













