Azərbaycan ötən il Rusiyanın süd məhsullarının TOP-5 alıcısından biri olub
Far.Az xəbər saytı

Azərbaycan ötən il Rusiyanın süd məhsullarının TOP-5 alıcısından biri olub


Azərbaycan 2024-cü ildə Rusiyadan 18 milyon ABŞ dolları dəyərində süd məhsulları idxal edib.

“Report” xəbər verir ki, bunu "Aqroeksport" federal mərkəzinin rəhbəri İlya İlyuşin bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2024-cü ildə Rusiyanın süd məhsullarının TOP-5 idxalçısından biri olub.

Ötən il Rusiya 438 milyon ABŞ dolları dəyərində 24,2 min ton süd məhsulları ixrac edib. 2023-cü ildə isə ixracın həcmi 23,2 min ton, dəyəri isə 369 milyon ABŞ dolları təşkil edib.

Dəyər baxımından Rusiya süd məhsullarının ən çox tədarükü Qazaxıstana (184 milyon ABŞ dolları), Belarusa (67 milyon ABŞ dolları), Özbəkistana (35 milyon ABŞ dolları), Azərbaycana (18 milyon ABŞ dolları) və Çinə (18 milyon ABŞ dolları) olub.

Oxşar xəbərlər

SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Bu günün valyuta məzənnələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər