"Dinamo"nun iki futbolçusu "Qarabağ"la cavab oyununu buraxa bilər
Far.Az xəbər saytı

"Dinamo"nun iki futbolçusu "Qarabağ"la cavab oyununu buraxa bilər


Xorvatiyanın "Dinamo" klubunun iki futbolçusu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxa bilər.

"Report"un "Germanijak" nəşrinə istinadən məlumatına görə, Zaqreb təmsilçisində Stefan Ristovski və Ariyan Ademinin zədə səbəbindən meydana çıxmamaq ehtimalı var.

Ademi "Şibenik"ə qalib gəldikləri (3:0) çempionatın III turunun qarşılaşmasında sıradan çıxıb. O, bu səbəbdən Azərbaycan komandası ilə ilk görüşdə də iştirak etməmişdi.

Ristovski isə məhz "köhlən atlar"la dueldə əzələsindən zədə alıb. Onun da Bakıdakı matçda oynaması sual altındadır.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də reallaşacaq.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 7
UEFA Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" matçında ilk hissə yekunlaşıb - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər