UEFA Avropa Liqası: "Qalatasaray" "Dinamo" ilə bərabərə qalıb
Far.Az xəbər saytı

UEFA Avropa Liqası: "Qalatasaray" "Dinamo" ilə bərabərə qalıb


UEFA Avropa Liqasının Liqa mərhələsində "Qalatasaray" Kiyev "Dinamo"su (Ukrayna) ilə bərabərə qalıb.

“Far.Az”un məlumatına görə, VII turun açılış oyununda 3:3 hesablı məhsuldar heç-heçə qeydə alınıb.

“Əli Sami Yen Spor Kompleksi”ndə keçirilən matçda meydan sahiblərinin heyətində Davinson Sançez (6), Abdülkerim Bardakçı (21) və Viktor Osimhen (53) fərqlənib. Qonaq komandanın heyətində isə Vladislav Vanat (45) və Andrey Yarmolenko (68, 81) adını tabloya yazdırıb.

"Qalatasaray" cari mövsüm Avropa Liqasında 13-cü xalını qazanaraq turnir cədvəlində 5-ci sırada yer alıb. "Dinamo" isə ilk xalını əldə edərək sonuncu - 36-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: “Qalatasaray” Kiyev “Dinamo”sunu qəbul edəcək
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər