Azərbaycanda sistem əhəmiyyətli banklarla bağlı meyarlar təkmilləşdirilir
Azərbaycan Mərkəzi Bankı (AMB) sistem əhəmiyyətli banklarla bağlı meyarları təkmilləşdirir.
“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Hazırda həmin meyarlara yenidən baxırıq. Bu məsələ ilə bağlı iş demək olar ki, başa çatıb. Yeni meyarlar aidiyyəti qurumlarla razılaşdırılır. Bundan sonra, hər ilin nəticələrinə görə sistem əhəmiyyətli bankları asanlıqla müəyyən etmək mümkün olacaq", - deyə o qeyd edib.
AMB sədrinin müavini Toğrul Əliyev isə bildirib ki, sistem əhəmiyyətli banklarla bağlı meyarların təkmilləşdirilməsi beynəlxalq təcrübəyə və yerli bank sektorunun spesifikasına uyğun olaraq həyata keçirilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













