Türkiyədə çökən binanın dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb - YENİLƏNİB-2
Türkiyənin Konya vilayətinin Səlçuklu rayonunda çökən dördmərtəbəli binanın dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb.
“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da hadisə nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Məlumata görə, ərazidə başladılan axtarış-xilasetmə tədbirləri bitib.
Daha öncə dağıntılar altından üç nəfər sağ xilas edilib, bir nəfərin isə cəsədi tapılıb.
Türkiyənin Konya vilayətinin Səlçuklu rayonunda çökən dördmərtəbəli binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb.
“Report” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, daha öncə dağıntılar altından üç nəfər sağ xilas edilib.
Konya Baş Prokurorluğundan verilən açıqlamada bildirilib ki, yaşayış binasının uçmasında təqsirli bilinən 4 nəfər saxlanılıb.
Qeyd edək ki, hadisə yanvarın 24-də baş verib. Binanın çökməsinin səbəbi məlum deyil. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Türkiyənin Konya şəhərində yaşayış binasının uçmasında təqsirli bilinən 4 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” Konya prokurorluğuna istinadən məlumat yayıb.
"Konya vilayətinin Səlçuqlu rayonunda dördmərtəbəli binanın (onlardan 3-ü yaşayış) uçmasında təqsirli bilinən 4 şübhəli şəxs saxlanılıb. Hadisə yerində ətraflı araşdırmalar davam edir", - bəyanatda bildirilib.
Dağıntılar altında qalan 5 nəfərdən 3-ü sağ xilas edilib, digər 2 nəfərlə bağlı axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, hadisə yanvarın 24-də baş verib. Binanın çökməsinin səbəbi məlum deyil. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Türkiyədə çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













