Milli Məclis yanında Toponimiya Komissiyasına sədr, müavin və katib seçilib - YENİLƏNİB
Milli Məclis yanında Toponimiya Komissiyasına sədr, müavin və katib seçilib.
"Far.Az" xəbər verir ki, bununla bağlı komissiyanın bugünkü iclasında müzakirə aparılıb.
Toponimiya Komissiyasının sədri vəzifəsinə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, sədrin müavini vəzifəsinə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, komissiyanın katibi vəzifəsinə isə MM Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Cavid İsgəndərovun namizədliyi təklif olunub.
Komissiya üzvlərinin səsverməsindən sonra müvafiq qərar qəbul edilib. Beləliklə, Komissiyanın sədri İsa Həbibbəyli, sədr müavini Musa Quliyev, katibi isə Cavid İsgəndərov olub.
Müxbir Aysel Aslan
Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək.
“Far.Az”un əldə etdiyi məlumata görə, bununla bağlı Toponimiya komissiyası sədrinin, sədr müavininin və komissiya katibinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.
Məsələ Toponimiya Komissiyasının bugünkü iclasında müzakirə olunacaq.
Qeyd edək ki, Komissiya Azərbaycanın ərazi vahidlərində ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi və dəyişdirilməsi məsələlərini müzakirə edir və bu barədə Milli Məclisə rəy hazırlayır.
Xatırladaq ki, Komissiyanın bundan əvvəlki sədri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, sədr müavini Sevinc Fətəliyeva, katib isə Cavid İsgəndərov olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA-nın fevral ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb
-
Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Andrey Babiş Azərbaycanda Çexiyaya təbii qaz tədarükünü müzakirə edəcək
-
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
-
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib
-
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib













