Belçika millisinin sabiq futbolçusu narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
Far.Az xəbər saytı

Belçika millisinin sabiq futbolçusu narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb


Belçika yığmasının sabiq futbolçusu Raca Nainqqolan narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb.

"Report" "Gazet van Antwerpen"ə istinadən xəbər verir ki, yarımmüdafiəçi Cənubi Amerikadan Antverpen limanı vasitəsilə kokain qaçaqmalçılığında şübhəli bilinir.

Onun saxlanıldığı Belçika polisi tərəfindən təsdiqlənib. Polisdən verilən açıqlamada araşdırmaların Cənubi Amerikadan Antverpen limanı vasitəsilə Avropaya kokain idxalı və onun Belçikada yenidən paylanması ilə bağlı ehtimal olunan faktları əhatə etdiyi və 36 yaşlı futbolçunun tutulduğu bildirilib. Hazırda dinləmələrin davam etdiyi və təqsirsizlik prezumpsiyası prinsipinə uyğun olaraq, bu mərhələdə heç bir şərh verilməyəcəyi də əlavə olunub.

Qeyd edək ki, R.Nainqqolan "İnter" klubunun heyətində 2021-ci ildə İtaliya çempionu adını qazanıb. O, həmçinin İtaliyanın "Roma", "Kalyari", SPAL klublarında da forma geyinib. Futbolçunun son klubu Belçika təmsilçisi "Lokeren-Temse" olub.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər