"Atletiko" UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb
Far.Az xəbər saytı

"Atletiko" UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb


İspaniyanın "Atletiko" komandası UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.

"Far.Az" "Opta Sport"a istinadən xəbər verir ki, Madrid təmsilçisi buna Liqa mərhələsinin VIII turunda Avstriyada “Zaltsburq”a qalib gəlməklə (4:1) nail olub.

Dieqo Simeonenin baş məşqçisi olduğu kollektiv 1973/1974 mövsümündən bəri ilk dəfə Çempionlar Liqasının (Avropa Çempionlar Kuboku) bir mövsümündə səfərdə üç qələbə qazanıblar.

Qeyd edək ki, "qırmızı-ağlar" daha əvvəl Fransada PSJ-ni (2:1), Çexiyada "Sparta"nı (6:0) üstələyib. Liqa mərhələsini 18 xalla beşinci pillədə başa vuran komanda birbaşa 1/8 finala vəsiqə qazanıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun ikinci oyun günü başa çatıb - YENİLƏNİB
Dieqo Simeone "Atletiko"nun baş məşqçisi kimi La Liqada ilki gerçəkləşdirib
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər