Vens ABŞ-də silah tədarükü sisteminin tamamilə dağıldığını açıqlayıb
Far.Az xəbər saytı

Vens ABŞ-də silah tədarükü sisteminin tamamilə dağıldığını açıqlayıb


Pentaqon silah tədarükü sistemi tamamilə pozulub və yeni müdafiə şirkətlərinin və texnologiyalarının inkişafını çətinləşdirir.

“Report” xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

“Hesab edirəm ki, ölkəmizi daha təhlükəsiz etmək üçün müdafiəyə daha çox xərcləməliyik. Biz həmçinin müdafiəyə daha ağıllı xərcləməliyik. Bizim silah tədarükü prosesimiz tamamilə dağılıb”, – o söyləyib.

Vitse-prezident əlavə edib ki, yeni Amerika müdafiə şirkətləri çətin vəziyyətə düşüb və texnoloji işləmələrlə məşğul olmaq onlar üçün daha çətin olub. Vensin fikrincə, bu problemi Ukrayna münaqişəsi də üzə çıxarıb.

“Müasir döyüş meydanının siması dəyişib və dəyişməyə davam edəcək, Amerika bu dəyişikliklərə ayaq uydurmalıdır”, – o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər