Ramin Məmmədov: Azərbaycan millətlərin və dini konfessiyaların dinc yaşamasına unikal nümunədir
Far.Az xəbər saytı

Ramin Məmmədov: Azərbaycan millətlərin və dini konfessiyaların dinc yaşamasına unikal nümunədir


Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasına unikal nümunədir.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Göygöldə “Müqəddəs İohann kilsəsi”ndə yerləşən Tarix diyarşünaslıq muzeyini ziyarəti zamanı bildirib. O, ölkə rəhbərliyi tərəfindən dini ibadət yerlərinin qorunması və bərpasına göstərilən diqqət və qayğının multikulturalizm ənənələrinin qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edib ki, həm sovetlər zamanı, həm də işğal dövründə dağıntılara, vandalizmə məruz qalmış tarixi-dini abidələrin bərpası, ehtiyac olan yerlərdə yeni ibadət evlərinin inşasına dəstək verilməsi tolerantlığın təşviqinə yönəlmiş dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

R.Məmmədov Göygöldə “Heydər” məscidini də ziyarət edib. Məsciddə fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı komitə sədri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına göstərilən həssas münasibətin önəmini vurğulayıb:

"Ölkəmizə qarşı yönələ biləcək ideoloji təxribatların qarşısının alınmasında, gənclərin milli ruhda tərbiyəsində dini maarifləndirmə prioritet istiqamətlərdən biridir. Din xadimlərinin ən ali məqsədlərindən biri milli-mənəvi dəyərləri təşviq etməkdir".

Komitə sədri, həmçinin dindən müxtəlif mərkəzlərin maraqlarının reallaşdırılmasında alət kimi istifadə edilməsi, eləcə də dini fərqliliklərin cəmiyyətin qütbləşməsinə yönəldilməsi cəhdlərinin qarşısının almasında din xadimlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfrans işini yekunlaşdırıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər