Dövlət Vergi Xidmətinə inzibati şikayətlər 36 % azalıb
Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) inzibati şikayətlər üzrə ümumilikdə 9 687 müraciət daxil olub ki, bu da 2023-cü illə müqayisədə 35,9 % azdır.
"Far.Az" bu barədə DVX-ya istinadən xəbər verir.
Məlumata görə, mübahisələndirilən məsələlərlə bağlı daxil olan ilk müraciətlərin (faktiki müraciətlər) sayı 2023-cü ilə nisbətən 34,3 % azalaraq 7 153 təşkil edib. Faktiki müraciətlərin 94 %-dən çoxu kameral vergi yoxlamaları, qalanları isə səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti və digər kateqoriyalı şikayətlərlə bağlı olub.
Kameral vergi yoxlamaları üzrə daxil olmuş faktiki müraciətlərin böyük hissəsi məcburi sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta, mənfəət (gəlir) vergisi bəyannaməsində təsdiqini tapmayan xərclərə əsasən aparılan hesablamalar, təqdim olunan e-qaiməyə əsasən hesablamalar, mikro sahibkarlıq subyektlərinə verilmiş güzəştlər, bank hesabına daxil olmuş vəsaitə görə aparılan hesablamaları əhatə edib.
Daxil olan şikayətlərin sayında azalmanın başlıca səbəbləri kameral vergi yoxlamaları ilə aşkar edilən kənarlaşmalar üzrə hesablamaların dəqiqləşdirilməsi, eyni zamanda, vergi ödəyicilərinin qanunvericiliyin tələbləri ilə bağlı mütəmadi olaraq məlumatlandırılmasıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət - ARAŞDIRMA
Səyyar "ASAN xidmət" Xaçmazda fəaliyyətini davam etdirir
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Naxçıvanda sahibkarlar üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













