Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib
Far.Az xəbər saytı

Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib


Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib.

"Far.Az" xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 22 dövlət qurumundan 50 əməkdaş (10 qadın, 40 kişi) iştirak edib.

“Şüa” İdman Kompleksində təşkil olunan yarışda qadınlar arasında Svetlana Kayumova, Nərgiz Daşdəmirova (hər ikisi SOCAR), Yeganə Əlizadə (Müdafiə Nazirliyi) fərqləniblər.

Kişilər arasında Əli Bayramov (Fövqəladə Hallar Nazirliyi) bütün rəqiblərini qabaqlayaraq birinci olub. Yaşar Mövlanov (Dövlət Turizm Agentliyi) yarışı ikinci, Rauf Nuhov (Müdafiə Nazirliyi) isə üçüncü pillədə başa vurub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışı başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər