Azərbaycan IMF ilə iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılmasını müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan IMF ilə iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılmasını müzakirə edib


Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) ilə iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılmasını və dayanıqlı maliyyə imkanlarının təmin edilməsini müzakirə edib.

“Report” xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə baş tutub.

Tərəflər həmçinin vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar.

Görüş zamanı Fondun Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrə nəticələrin təqdimatı olub.

Beynəlxalq təşkilatın nümayəndə heyətinə Azərbaycanda iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar haqqında məlumat verilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər