"Araz-Naxçıvan"ın baş məşqçisi: "Növbəti mərhələyə yüksəlmək üçün ikinci oyunda maksimumu etməliyik"
Far.Az xəbər saytı

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Növbəti mərhələyə yüksəlmək üçün ikinci oyunda maksimumu etməliyik"


Növbəti mərhələyə yüksəlmək üçün ikinci oyunda maksimumu etməliyik.

"Far.Az" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında deyib.

O, qalib gəlikləri matç barədə danışıb:

"Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Çətin oyun olacağını bilirdik. Yolumuza davam edirik. Bu qarşılaşmanı unudub, çempionat matçına hazırlaşacağıq. 4 gündən sonra "Kəpəz"lə oyunumuz var. Kubok oyunları fərqli olur. Hələ üstünlük qazanmamışıq. Növbəti mərhələyə yüksəlmək üçün ikinci oyunda maksimumu etməliyik".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Araz-Naxçıvan" evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər