Türkiyə Prezidenti Azərbaycan səfirinə mükafat verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat təqdim edib.
”Far.Az”un yerli bürosu xəbər verir ki, mükafat Adıyaman Gənclər və İdman İdarəsində 6 fevral zəlzələsinin iki illiyinə həsr olunmuş mərasimdə təqdim olunub.
Türkiyə Prezidenti zəlzələ zamanı ilk yardıma gələn Azərbaycana salam və ehtiramını bildirib.
“İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adına çox təşəkkür edirik. Bir olaq, qardaş olaq, bərabər olaq”, - Ərdoğan vurğulayıb.
Xatırladaq ki, Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür. 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Əsrin fəlakəti”ndən iki il ötür
Ərdoğan: Zəlzələdən zərər çəkən şəhərlərimizdə quruculuq işlərini davam etdirəcəyik
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc













