Baş prokurorun böyük köməkçisi: Xocavəndin işğalı nəticəsində 340 milyon manatdan artıq maddi ziyan vurulub
Xocavənd şəhəri, 2 qəsəbə (Qırmızı Bazar və Hadrut qəsəbələri) və 80 kənddən ibarət olan Xocavənd rayonunun işğalı nəticəsində 7451 azərbaycanlı sakini məcburi qaydada evlərindən didərgin salınıb.
"Report" xəbər verir ki, bu barədə Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib
Bildirilib ki, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2607 əmlak üzrə cəmi 340 milyon manatdan artıq maddi ziyan vurulub.
Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Oxşar xəbərlər
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir - YENİLƏNİB
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası olub - YENİLƏNİB
Vardanyanın cinayət işi üzrə növbəti prosesdə ittiham aktının elan olunması davam etdiriləcək - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
"Xilasedici" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq













