Mədəniyyət naziri türk əməkdaşlıq təşkilatlarını II Türk Dünyası Mədəniyyət Forumunda fəal iştiraka çağırıb
Mədəniyyət naziri Adil Kərimli Astanaya səfəri çərçivəsində fevralın 7-də Beynəlxalq Türk Akademiyasının (BTA) qərargahında qurumun prezidenti akademik Şahin Mustafayevlə görüşüb.
Bu barədə "Far.Az"a Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı ilə əlaqədar Astanada səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev, Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər türk respublikalarından nümayəndə heyətləri iştirak ediblər.
Şahin Mustafayev BTA-nın əsas fəaliyyət istiqamətləri və hazırkı layihələri barədə məlumat verib.
Adil Kərimli BTA-nın Türk dünyasının inkişafına xidmət edən əhəmiyyətli layihələrini, o cümlədən türk mədəniyyəti, irsi və tarixi ilə bağlı həyata keçirdiyi tədqiqatları yüksək qiymətləndirib.
O, 2023-cü ilin 13 oktyabr tarixində Şuşada keçirilən və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda BTA-nın “Türk dünyasının ortaq kökləri və tarixi-mədəni irsi” mövzusunda panel iclasının təşkilinə dəstək verdiyini vurğulayıb.
Nazir həmçinin bu il Özbəkistanda keçirilməsi planlaşdırılan II Türk Dünyası Mədəniyyət Forumunun təşkilində BTA ilə yanaşı, digər türk əməkdaşlıq təşkilatlarını da fəal iştirak etməyə dəvət edib.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
ADNA-da törədilən terror aktından 17 il ötür
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
-
Putin və Tramp arasında telefon danışığı olub













