Qərb bölgəsində yollarda buzlaşmaya qarşı tədbirlər görülür
Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına gecə saatlarından başlayaraq yağan qar və temperaturun aşağı düşməsi səbəbindən avtomobil yollarında buzlaşmanın yaranmaması üçün tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Far.Az"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yollarda yüngül buzlaşma olsa da, nəqliyyatın hərəkətində hər hansı bir problem yaranmayıb.
"Hazırda polis əməkdaşları tərəfindən buzlaşmanın qarşısının alınması və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində polis əməkdaşları tərəfindən də zəruri tədbirlər davam etdirilir.
Yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yolda hərəkət zamanı ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur", - DİN qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
NİİM: Yollarda sıxlığın yaranmaması məqsədilə tədbirlər görülür
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Qərb zonasında seçicilər səsvermədə fəallıq nümayiş etdirirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













