Nazir bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Bu barədə "Far.Az"a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, İsmayıllı rayonunda “İsmayıllı şərab-2” MMC, Şəkidə “Az-Abrau” MMC, Gəncə şəhərində “Gəncə şərab-1” MMC və Göygöl rayonunda “Göygöl şərab zavodu” MMC şərab istehsalı müəssisələrinə baş çəkən nazirə müəssisələrin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal edilən məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib.
Görüşlərdə şərab ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra nazir Ucar rayonunda fəaliyyət göstərən “Azerbaijan Poultry Company” MMC-yə baş çəkib, müəssisənin mövcud vəziyyəti ilə tanış olub. Nazirə müəssisədə görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib













