İsveçrədə Azərbaycan Gəncləri Günü qeyd edilib
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərovla bu ölkədə yaşayan azərbaycanlı gənclər, eləcə də İsveçrənin müxtəlif universitetlərində oxuyan azərbaycanlı tələbələr arasında görüş keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, görüş Azərbaycanın İsveçrədəki səfirliyində baş tutub.
Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə səfir gənclərin beynəlxalq əlaqələrin möhkəmləndirilməsində həlledici rolunu qeyd edib.
O, azərbaycanlı tələbələrin və gənc mütəxəssislərin xaricdə öz ölkələrini təmsil etdiyini, Azərbaycan ilə İsveçrə arasında dostluq körpüləri qurduğunu bildirib.
"Gənclər ölkəmizin gələcəyidir. Siz Azərbaycanı təmsil edirsiniz və elmə, mədəniyyətə, iqtisadiyyata verdiyiniz töhfələr təkcə sizin üçün deyil, həm də bütün xalq üçün vacibdir", - səfir vurğulayıb.
F.İsgəndərov Azərbaycanın hər zaman xaricdəki vətəndaşlarının yanında olduğunu və müxtəlif məsələlərdə köməklik göstərməyə hazır olduğunu söyləyib.
Tədbirin rəsmi hissəsindən sonra azərbaycanlı gənclərin bir-birini daha yaxından tanımasına, həmçinin səfirliyin əməkdaşları ilə görüşməsinə imkan yaradan qeyri-rəsmi şəbəkələşmə sessiyası baş tutub. .
Görüş İsveçrədəki azərbaycanlı gənclər arasında əlaqələrin gücləndirilməsində, yeni əlaqələrin və dialoqun təşviqində mühüm addım olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
-
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
-
Azərbaycan millisini Litva ilə oyunda 100 azarkeş dəstəkləyəcək
-
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib













