Azərbaycanda KOB-ların iflas prosesinin sadələşdirilməsi təklif olunur
Far.Az xəbər saytı

Azərbaycanda KOB-ların iflas prosesinin sadələşdirilməsi təklif olunur


Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin iflas prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nərmin Əli "Biznesin müflisləşməsi" işçi qrupunun iclasında bildirib.

Onun sözlərinə görə, nazirlik öz tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə beynəlxalq təcrübəni, o cümlədən BMT-nin beynəlxalq ticarət qanunvericiliyi komissiyasının tövsiyyələrini nəzərə almaqla KOB subyektləri üçün sadələşdirilmiş iflas və sağlamlaşdırma prosedurlarının müəyyən edilməsinə dair araşdırmalar aparıb.

KOB subyektlərinin iflası ilə bağlı məhkəmə baxışının, kreditorların borc tələblərinin irəli sürülməsinin, borclunun aktivlərinin satışının sadələşdirilməsi və elektronlaşdırılması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi məqsədəuyğun hesab edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Orxan Məmmədov: "KOB-ların yaşıl transformasiya sahəsindəki problemləri universal xarakter daşıyır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər