Kobaxidze: Avropa Parlamentinin qətnaməsi Gürcüstana qarşı növbəti hücumdur, heç bir dəyəri yoxdur
Far.Az xəbər saytı

Kobaxidze: Avropa Parlamentinin qətnaməsi Gürcüstana qarşı növbəti hücumdur, heç bir dəyəri yoxdur


Avropa Parlamentinin qətnaməsi Gürcüstan dövlətinə qarşı növbəti hücumdur və bizə eyni qüvvələr tərəfindən idarə olunan 9 illik ağır rejimi xatırladır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Dubayda jurnalistlərə açıqlamasında Avropa Parlamentinin qəbul etdiyi qətnamədən danışarkən deyib.

O, bunu Gürcüstan dövlətinə və medianın müstəqilliyinə qarşı növbəti hücum adlandırıb.

“Bu qətnamənin bizim üçün heç bir dəyəri yoxdur. Bu, artıq altıncı ədalətsiz sənəddir və Gürcüstan dövlətinə qarşı növbəti hücumdur”, – deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, bu cür qərarlar Avropa bürokratiyasının nüfuzuna Gürcüstan cəmiyyətinin gözündə mənfi təsir göstərir.

“Bu, bizə 9 illik ağır rejimi xatırladır. O dövrdə ölkəni idarə edən qüvvələr bu gün Avropa Parlamentində belə qətnamələr qəbul etdirirlər. Bu, çox təəssüf doğuran hadisədir və Avropa bürokratiyasının nüfuzuna ciddi zərbə vurur”, – deyə o əlavə edib.

Kobaxidze ümid etdiyini bildirib ki, gələcəkdə Avropa İttifaqı və onun institutları daha sağlam siyasət yürüdəcək.

Baş nazir vurğulayıb ki, eks prezident Salome Zurabişvili ölkənin siyasi keçmişinin ağır hissəsidir: "Qətnamədə yer alan qeydlər tənqidə tab gətirmir: "Bu, Avropa Parlamentində mövcud olan “faciəvi vəziyyəti” əks etdirir".

Baş nazir əlavə edib ki, Gürcüstanın bu gün layiqli prezidenti var, lakin müəyyən qüvvələr bunu qəbul edə bilmirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər