Ərdoğan: İslam dünyası Trampın Qəzza planının həyata keçməsinə icazə verməyəcək
Far.Az xəbər saytı

Ərdoğan: İslam dünyası Trampın Qəzza planının həyata keçməsinə icazə verməyəcək


İslam dünyası ölkələri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini zorla köçürmək planının həyata keçməsinə imkan verməyəcək.

“Far.Az” “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İslam dünyası heç vaxt Trampın planını təsdiqləməyəcək. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) buna qarşı çıxacaq. Trampın Netanyahu ilə razılaşmasını dünyada sülh üçün böyük təhlükə hesab edirəm. Qəzza fələstinlilərə məxsusdur, heç kimin Qəzzanı onlardan almağa ixtiyarı yoxdur. Mən bu plana ən qısa zamanda yenidən baxılmasını gözləyirəm”, - o deyib.

Xatırladaq ki, fevralın 4-də Ağ Evdə keçirilən danışıqlardan sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında Tramp Vaşinqtonun Yaxın Şərqdə sülhün bərqərar olması naminə Qəzza zolağına uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirdiyini açıqlamışdı. O, fələstinlilərin anklavdan regionun digər ölkələrinə köçürülməsini təklif etmişdi. Tramp hətta lazım gələrsə, anklava qoşun göndərməyə də hazır olduğunu bildirmişdi. İran, Ərəb ölkələri və bir sıra Qərb ölkələri bu plana qarşı çıxıblar.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər